Çobankol — Azərbaycan Respublikasının Zaqatala rayonunun Çobankol kənd inzibati ərazi dairəsində kənd.
Əhalisi 14 may — 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Zaqatala dairəsi, Car–Muxax şöbəsi, Qımır kənd cəmiyyəti tərkibinə daxil olan Çobankol kəndində 158 evdə sünni etiqadlı müsəlman tatarlardanQeyd: azərbaycanlılardan (156 evdə 342 nəfəri kişilər və 313 nəfəri qadınlar olmaqla toplam 655 nəfər) və avarlardan (2 evdə 3 nəfər kişilər və 4 nəfəri qadınlar olmaqla toplam 7 nəfər) ibarət 662 nəfər (345 nəfəri kişilər, 317 nəfəri qadınlar) əhali yaşayırdı.Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г.. Изд. по распоряжению главноначальствующего гражд. частью на Кавказе Завкавк. стат. ком. - 1893 Müvafiq mənbədə dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər tatarlar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla avarlar olaraq göstərilmişdirlər.
Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.Sənətkarla görüş: [Zaqatala Rayon Çobankənd kəndinin sənətkarı, dülgər Yusif Əbdilov ilə görüşün keçirilməsi haqqında] //Mədəniyyət.- 2015.- 4 dekabr.- S.6.
İstinadlar
Kateqoriya:Zaqatala rayonunun kəndləri